Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qızıl top”u qazanan xanım “İniesta” - FOTOlar

“Qızıl top”u qazanan xanım “İniesta” - FOTOlar

Tarix: 31 Oktyabr 2023 15:18

Ötən gün "France Football"un təşkil etdiyi "Qızıl top"u qazanan xanım futbolçu Aytana Bonmati dünyanın diqqət mərkəzinə düşüb. "Qafqazinfo" xəbər verir ki, Bonmati də 8-ci dəfə mükafatı qazanan Lionel Messi kimi "La Masia" ("Barselona"nın uşaq futbol məktəbi) yetirməsidir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 25 yaşlı xanım yarımmüdafiəçi futbolun "İniesta"sı adlandırılır. O, çıxış etdiyi "Barselona" klubunun əsas heyət üzvüdür. Bonmati komandası ilə 4 dəfə ölkə çempionatının qalibi olub. Aytana həmçinin kataloniya klubu ilə 2 dəfə Çempionlar Liqasını qazanıb. Elə ötən mövsüm də qitənin ən nüfuzlu klub turnirinin qalibi olmuşdu.

Yarımmüdafiəçini Messi ilə müqayisə etmək üçün daha bir səbəb isə onun dünya çempionatını qalibi olmasıdır. Bu il Avstraliya və Yeni Zelandiyada keçirilən qadınlar arasında mundialda Bonmati komandasının əsas oyunçularından biri oldu. O, turnir ərzində 3 dəfə rəqib qapılarına yol tapdı və əsas mükafata sahib çıxmaqda böyük rol oynadı.

Elə Çempionlar Liqasında və dünya çempionatında uğurlu çıxışdan sonra Bonmati UEFA-nın da diqqətini çəkə bilmişdi. Qitə futbol qurumu 25 yaşlı yarımmüdafiəçiyə "İlin ən yaxşı oyunçusu" mükafatını təqdim etmişdi.

Bonmatinin futbol karyerası da olduqca maraqlı anlarla yadda qalıb. İlk olaraq basketbola başlayan kataloniyalı oyunçu 7 yaşından futbola maraq göstərir. Hətta o, futbola ilk addımını kişilər komandasında atır. Boyu balaca olduğuna görə heç kim onu komandasında istəmirdi, Fiziki durumu pis olmasından isə narahat deyildi və israrla daha yaxşı olacağına inanırdı. O, isə futbol oynamaqdan əl çəkmirdi. 13 yaşında "Barselona"ya qoşulur, hər gün yaşadığı yerdən 2 saat avtobusla "La Masia"ya gedirdi və məşqini edib yenə geri dönürdü.

Aytana 2015-ci ildə "Barselona"nın B komandasına yüksəlir. Çox yaxşı çıxış edir və 14 qol vurur. Nəticədə komandası çempionluq qazanır. Mövsümün sonunda isə menecer Xavi Llorens onu əsas komandaya aparır.

Bonmati əsas heyətdə debütünü 2016/2017-ci il mövsümündə Kral Kubokunun 1/4 finalında "Real Sosyedad"a qarşı oyunda edir. Beləliklə onun Katalon klubunda yüksəlişi başlayır.

Aytana həm də iki dəfə gənclər arasında dünya çempionatının qalibi olub. Xanım futbolçu İspaniya yığması ilə yanaşı Kataloniya millisi kimi meydana çıxan komandada da forma geyinib.

Milli.Az


Etiketlər:  Qızıl topu qazanan xanım İniesta FOTOlar


RƏYLƏR