Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mərkəzi Asiyada qadınlar üçün ən təhlükəsiz ölkə oradır

Mərkəzi Asiyada qadınlar üçün ən təhlükəsiz ölkə oradır

Tarix: 31 Oktyabr 2023 19:02

Türkmənistan 2023-cü il üçün Qadın Sülh və Təhlükəsizlik İndeksi (WPS İndeksi) hesabatında 177 yer arasında 58-ci yerdə qərarlaşıb. Bu, Mərkəzi Asiya ölkələri arasında ən yaxşı nəticədir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Qazaxıstan 70-ci yeri tutaraq regionda ikinci yeri tutub.

Orta Asiya ölkələrinin reytinqində növbəti yerdə Tacikistan 90-cı, Özbəkistan 94-cü, Qırğızıstan 95-ci yerdədir. Qonşularımız - Gürcüstan və Ermənistan reytinq cədvəlində müvafiq olaraq 39 və 48-ci yeri tutduqları halda, Azərbaycanın yeri 97-ci pillədə göstərilib.

Dünya üzrə ən yaxşı göstəricilər Danimarka, İsveçrə və İsveçdə (müvafiq olaraq birinci, ikinci və üçüncü yerlər), ən pis göstəricilər isə Əfqanıstanda (177-ci yer), Yəməndə (176) və Mərkəzi Afrika Respublikasında (175) qeydə alınıb.

Rusiya 56-cı, ABŞ 37-ci, Çin 82-ci, Türkiyə 99-cu, Cənubi Koreya 30-cu (Şimali Koreya reytinqdə yoxdur), İran 140-cı yerdə qərarlaşıb.

WPS İndeksini hazırlayarkən onun müəllifləri üç kateqoriyaya bölünmüş 13 göstərici üzrə ölkələrdəki vəziyyəti nəzərə alıblar:

- inklüzivlik (təhsil, maliyyə xidmətlərinə çıxış, məşğulluq, mobil telefonlardan istifadə, parlamentdə qadınların nisbəti);

- ədalət (hüquqi ayrı-seçkiliyin olmaması, ədalət mühakiməsinə çıxış, ana ölümü, qərəzlilik);

- təhlükəsizlik (intim tərəfdaş zorakılığının səviyyəsi, qadınların cəmiyyətdə öz təhlükəsizliyini dərk etməsi, qadınlara qarşı siyasi zorakılıq, silahlı münaqişəyə yaxınlıq).

Hesabat üçün məlumatlar BMT agentlikləri, Dünya Bankı, Gallup qlobal sorğuları və digər mənbələrdən toplanıb.

WPS İndeksinin müəllifləri vurğulayırlar ki, qadınların özlərini yaxşı hiss etdiyi ölkələr firavan, daha sülhsevər, daha demokratik və iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün daha yaxşı hazırlaşırlar.

Bu arada insan haqları təşkilatları mütəmadi olaraq Türkmənistanda qadınlara təzyiqlər və onların hüquqlarının pozulması barədə məlumat verir.

Xüsusilə, bu ölkədə qadın və qızların "bədən muxtariyyətindən" məhrum edildiyi, cinsi və ailədaxıili zorakılığa, bakirəlik testlərinə, məcburi nikahlara məruz qaldığı bildirilir. UNICEF və TürkmenStat-ın (MICS) məlumatına görə, 15-49 yaş arası türkmən qadınlarının 59%-i ərin arvadını döymək hüququna malik olduğuna inanır. Ölkədə məişət zorakılığı ilə bağlı qanun yoxdur, bunun qarşısını almaq üçün mexanizmlər və ya milli proqramlar yoxdur.

Türkmənistanda dövlət qurumlarının işçilərinə yuxarıların fikrincə, dırnaq və kirpik uzatmaq, saçlarını açıq rənnglərə boyamaq, qızıl-zinət əşyaları taxmaq, dar və ya cazibədar paltarlar geyinmək qadağandır. Bu ilin yanvarında məlum olub ki, hakimiyyət subay qadınlara sürücülük vəsiqəsinin verilməsini qadağan edib. Eyni zamanda, Türkmənistan rəhbərliyi respublikada gender bərabərliyi ilə bağlı BMT və digər beynəlxalq təşkilatlara mütəmadi olaraq hesabat verir.

Bu detallar göstərir ki, reytinq cədvəlini tərtib edənlər o qədər də ədalətli olmayıblar.

Milli.Az


Etiketlər:  Mərkəzi Asiyada qadınlar üçün ən təhlükəsiz ölkə oradır


RƏYLƏR