Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəngəzura nəzarət uğrunda mübarizə - “Mübahisə bu iki ölkə arasındadır”

Zəngəzura nəzarət uğrunda mübarizə - “Mübahisə bu iki ölkə arasındadır”

Tarix: 31 Oktyabr 2023 21:15

Ermənistan Baş naziri Nikol Paşinyanın sülhlə bağlı Azərbaycanla hansı şərtlərin razılaşdırıldığını açıqladı. Xüsusilə delimitasiya, ərazi bütövlüyünün tanınması kimi məsələləri önə çəkməklə Paşinyan prosesin gedişi istiqamətində müsbət gedişlərin olduğunu vurğuladı.

Sonxeber.net bildirir ki, bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, tərəflər artıq üç vacib prinsipdə anlaşıblar:

"Yaxın zamanlarda sülh müqaviləsi imzalana bilər. Əvvəllər də müəyyən qədər belə açıqlamalar verilib. Nikol Paşinyanın özünün bəyanatları və davranışları ehtiyatlı olduğundan bununla bağlı proqnoz vermək olduqca çətindir. Ermənistanın özü müstəqil şəkildə qərarverici bir subyekt deyil. Kənar təsirlərə çox məruz qalır. Ermənistan bizim təklif etdiyimiz beş baza prinsipini qəbul edərsə, Azərbaycan da sülh müqaviləsi imzalamağa hazırdır. Artıq bizim əvvəlki dövrlərdən fərqli olaraq xüsusi bir qayğımız yoxdur. Ən azından Azərbaycan özünün bütün ərazilərində suveren hüquqlarını bərpa edib. Laçın dəhlizi tam şəkildə nəzarətimizdədir. Laçın yolu ilə Zəngəzur dəhlizini müqayisə etmək kimi məsələ orta da deyil. Əsas məsələ Zəngəzur dəhlizindən gedir. Buradaki məsələ hüquqi prosedur və nəzarət mexanizmləri ilə bağlı problem Azərbaycan Ermənistan arasında yox, Rusiya və Ermənistan arasındadır.

"Ermənistan 10 noyabr üçtərəfli bəyanatın şərtinə uyğun olaraq Zəngəzur dəhlizində təhlükəsiz və maneəsiz hərəkətə təminat verir. Rusiya isə nəzarəti həyata keçirir" - deyə öhdəlik var. İndi Ermənistanla Rusiya arasında ciddi fikir ayrılığına səbəb olan məsələlərdən biri budur. Qeyd edim ki, Qazaxın yeddi, Naxçıvanın 1 kəndi hələ də işğal altındadır. Hazırda bu məsələ Azərbaycan- Ermənistan arasında müzakirə olunur".


Etiketlər:  Zəngəzura nəzarət uğrunda mübarizə Mübahisə ölkə arasındadır


RƏYLƏR