Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden bu qanuna veto qoyacaq

Bayden bu qanuna veto qoyacaq

Tarix: 1 Noyabr 2023 12:54

ABŞ prezidenti Co Bayden, ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukraynanın adı çəkilmədən hazırkı formada razılaşdırılarsa, İsrailə yardım üçün vəsait ayrılmasına dair qanun layihəsinə veto qoyacaq.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Ağ Evin büdcə idarəsinin bəyanatında deyilir.

Sənəddə qeyd edildiyi kimi, "ikitərəfli razılaşmaya" və ABŞ administrasiyasının müvafiq sorğusuna baxmayaraq, "qanun layihəsi Ukraynaya hər hansı yardımın göstərilməsini nəzərdə tutmur".

Bəyanatda vurğulanır ki, Ukraynaya dəstək verilməməsi Vaşinqtonun qətiyyəti ilə bağlı "Rusiyaya və dünyanın qalan hissəsinə dəhşətli siqnal" göndərə bilər.

Milli.Az


Etiketlər:  Bayden bu qanuna veto qoyacaq


RƏYLƏR