Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya çempionatı: Azərbaycan minifutbol millisi 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycan minifutbol millisi 1/4 finala yüksəlib

Tarix: 1 Noyabr 2023 20:22

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/4 finala yüksəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, yığma 1/8 final mərhələsində Portuqaliyaya qalib gəlib.

G qrupunda keçirdiyi hər üç görüşdə qələbə qazanan Elşad Quliyevin yetirmələri rəqibini 3:0 hesabı ilə üstələyərək, uğurlu seriyanı davam etdiriblər. Komandamızın heyətində 30-cu dəqiqədə Mirmehdi Rzayev, 46-cı dəqiqədə Elvin Əlizadə, 49-cu dəqiqədə isə Rəvan Kərimov fərqləniblər.

Millimiz 1/4 finalda Bolqarıstan - İngiltərə cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinala vəsiqə uğrunda matç noyabrın 2-də olacaq.

Milli.Az


Etiketlər:  Dünya çempionatı Azərbaycan minifutbol millisi 14 finala yüksəlib


RƏYLƏR