Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alfonso Deyvis “Real Madrid”in hədəfində

Alfonso Deyvis “Real Madrid”in hədəfində

Tarix: 1 Noyabr 2023 21:36

Madrid klubu mövsümün sonunda "Bavariya"nın müdafiəçisi Alfonso Deyvisi transfer edə biləcəyinə əmindir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, klub bir ildir ki, bu müqavilə üzərində işləyir.

Kanadalı futbolçunun "Bavariya" ilə müqaviləsi 2025-ci ilə qədərdir. Deyvis artıq bir neçə dəfə hazırkı müqaviləsini yeniləməkdən imtina edib. O, bu hərəkət kursunu klubun son mövsümlərdə üzləşdiyi qeyri-sabitlik və bir neçə menecerin gəlib-getməsi ilə əsaslandırıb.

Qeyd edək ki, "Madrid" 2014-cü ildə Toni Kroosu 25 milyon avroya transfer edərkən artıq bu strategiyadan istifadə edib. Deyvisin transferinin kluba təxminən iki dəfə baha başa gələcəyi gözlənilir. Eyni zamanda, Los Blankos əmindir ki, futbolçunu böyük gələcək gözləyir və o, "Real"da irəliləyiş əldə edə biləcək.

Milli.Az


Etiketlər:  Alfonso Deyvis Real Madridin hədəfində


RƏYLƏR