Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2023 22:08
Avropada antisemitizm davam edir.
Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, Fələstini dəstəkləyən bir qrup fəal Avstriyanın paytaxtı Vyanada yəhudi qəbiristanlığının ibadət zalını yandırıblar.
Yanğın nəticəsində dini ritual zalı yanıb. Tikilinin divarlarına isə svastikalar (mistik simvollar) çəkiblər. Baş vermiş hadisə ilə bağlı şəhər polisi araşdırmaya başlayıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb.