Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərhəddə sakitlikdir: AB “missiya''nı niyə gücləndirir?

Sərhəddə sakitlikdir: AB “missiya''nı niyə gücləndirir?

Tarix: 2 Noyabr 2023 07:45

Azərbaycan Ordusunun Qarabağda 19020 sentyabrda həyata keçirdiyi 23 saat 43 dəqiqəlik anti-terror tədbirlərindən bu yana Ermənistanla sərhəddə sakitlikdir.

Milli.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O vurğulayıb ki, təxminən ay yarımdır sərhəddə ciddi insident yaşanmayıb:

"Buna baxmayaraq, Avropa Birliyi Ermənistanda müşahidəçi missiyasının fəaliyyyətini genişləndirməsə, müşahidəçilərin sayını atırmağa qərar verib. Sərhəddə sakitlik bərqərar olubsa, Avropa missiyasının Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə müşahidə missiyasının gücləndirilməsinin məqsədi nədir?

Belə aydın olur ki, missiyanın gücləndirilməsinin sərhəddəki durumla əlaqəsi yoxdur, çünki Azərbaycan Ordusunun Ermənistana hücum etmək planı yoxdur, bunu Brüssel də bilir. AB sadəcə, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün bölgədəki missiyasını gücləndirib. Kremlin versiyasına görə, AB müşahidə missiyasının əsas məqsədi Rusiyanın Ermənistandakı hərbi bazası barədə kəşfiyyat məlumatı toplamaqdır".

Politoloq qeyd edib ki, bütün bunların bizə heç bir aidiyyəti yoxdur, problem Ermənistanındır.

Milli.Az


Etiketlər:  Sərhəddə sakitlikdir missiyanı niyə gücləndirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ