Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2023 18:04
Venesuelalı güllə atıcısı Leonel Martines 40 il sonra Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, 60 yaşlı idmançı bu uğura Panamerikan oyunlarında nail olub.
Sonuncu dəfə 1984-cü ildə - 20 yaşı olarkən Olimpiya Oyunlarında iştirak edən atlet Parisdəki turnirə qatılacaq.
Olimpiya Oyunları tarixində ən böyük fasilə yapon idmançı Xirosi Xokesuya məxsusdur. İlk dəfə o, 1964-cü ildə at yarışlarında çıxış etmişdi. Üstündən 44 il keçdikdən sonra isə yenidən Olimpiya Oyunlarına qatılmışdı.