Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neymar ötən ay qızını dünyaya gətirən sevgilisindən ayrıldı - FOTO

Neymar ötən ay qızını dünyaya gətirən sevgilisindən ayrıldı - FOTO

Tarix: 2 Noyabr 2023 20:02

Neymarla sevgilisi Bruna Biankardinin ayrıldığı bildirilib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə iddia Braziliya mətbuatında yayılıb.

Məlumata görə, Neymarla Biankardi artıq sevgili deyil. İkili hazırda ötən ay dünyaya gələn övladları üçün ünsiyyətdə olur.

Cütlüyün münasibətinin bitməsinə səbəb kimi Neymarın sentyabrın sonunda İspaniyada gecə klubunda iki qadınla yaxalanması olduğu vurğulanıb.

Xatırladaq ki, braziliyalı superulduz bu yaxınlarda Bruna Biankardiyə ad günü hədiyyəsi olaraq göydən 4,5 milyon avroya (133 milyon TL) ulduz alıb.

Milli.Az


Etiketlər:  Neymar ötən ay qızını dünyaya gətirən sevgilisindən ayrıldı FOTO


RƏYLƏR