Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Serial ulduzunun ölümündən əvvəl nahar etdiyi sirli qadın üzə çıxdı - FOTO

Serial ulduzunun ölümündən əvvəl nahar etdiyi sirli qadın üzə çıxdı - FOTO

Tarix: 2 Noyabr 2023 21:16

"Friends" serialının ulduzu Metyu Perrinin ölümündən bir gün əvvəl hoteldə nahar etdiyi sirli qadın üzə çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl evində cakuzidə ölü tapılan "Friends" ("Dostlar") serialının Çandleri Metyu Perrinin ölümündən sonra bir çox nəzəriyyələr irəli sürülüb.

Onun ölümündən əvvəl paylaşımlarının birində "Mattman" ifadəsini işlətməsi də bəziləri tərəfindən yardım çağırışı kimi qəbul olunub. Sosial şəbəkələrdə məsələ ilə bağlı qızğın müzakirələr baş verib.

Həmçinin Metyu Perrinin ölümündən əvvəl bir qadınla yediyi nahardan foto yayımlanıb.

Nəhayət, həmin qadının kim olduğu ortaya çıxıb və o bu barədə TMZ telekanalına müsahibə verib.

Məlum olub ki, həmin qadın Atenna Krosbi adında 25 yaşlı modeldir.

Krosbi müsahibəsində "Mattman" ifadəsi ilə bağlı da fikrini bildirib. "Metyu həqiqətən Betmenlə ("Batman") çox maraqlanırdı. O, hətta özünü "Mattman" adlandırırdı", - deyə o qeyd edib

Krosbi Perrinin çox zarafatcıl bir adam olduğunu ifadə edib. O, Perrinin "Mattman" sözü ilə hansısa şüuraltı mesajlar verdiyi iddiasının həqiqətdən çox uzaq olduğunu vurğulayıb.

Gənc qadın Metyunun komiks həvəskarı olduğunu deyib.

Atenna Krosbi ölümündən bir gün əvvəl həqiqətən Perri ilə "Bel Air" hotelində şam yeməyi yediyini bildirib. "Onun öldüyünü öyrənəndə sarsıldım", - deyə o, kədərini dilə gətirib.

Krosbi Perrinin yemək zamanı son dərəcə nikbin və yüksək əhvali-ruhiyyədə olduğunu nəzərə çatdırıb və aktyorun ona yeni layihələri barədə danışdığını əlavə edib.

Atenna Krosbi Perrinin ölümünün faciəvi bir qəza olduğu qənaətində olduğunu da diqqətə çatdırıb.

Venesuela vətəndaşı olan Atenna Krosbi və 2021-ci ildə Yuta Universitetində təhsil alıb.

2023-cü ildə "Miss World America"da Yuta ştatını təmsil edib.

Milli.Az


Etiketlər:  Serial ulduzunun ölümündən əvvəl nahar etdiyi sirli qadın üzə çıxdı FOTO


RƏYLƏR