Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alla Puqaçova Rusiyaya qayıtdı

Alla Puqaçova Rusiyaya qayıtdı

Tarix: 2 Noyabr 2023 21:50

Məşhur müğənni Alla Puqaçova Rusiyaya qayıdıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Rusiyalı jurnalistlərin məlumatına görə, 74 yaşlı Puqaçova noyabrın 2-də axşam saatlarında Pskov vilayətindəki sərhəd-keçid məntəqəsindən ölkəyə daxil olub. Onun qara rəngli maşına oturaraq oradan uzaqlaşdığı bildirilir.

Xəbərdə onun Rusiyaya əri Maksim Qalkinsiz tək gəldiyi qeyd edilir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin əvvəlində Alla Puqaçova və Maksim Qalkin İsrailə köçüblər. Onlar Kremlin siyasətinə qarşı çıxırdılar.

Lakin HƏMAS terrorçularının İsrailə hücumundan sonra jurnalistlərin yazdığı kimi, sənətçilər köçmək məcburiyyətində qalıblar. Belə ki, Puqaçova guya Kiprə köçüb və orada 2017-ci ildə dəniz sahilində ev alıb və İsrail vətəndaşı olub.

Öz növbəsində Qalkin qastrol səfərinə gedib, lakin bundan sonra həyat yoldaşı və uşaqlarının yanına qayıdacağını açıqlayıb. Oktyabrın sonunda bir neçə konsert verib.

Bundan əlavə, bu yaxınlarda rus jurnalistləri Puqaçovanın valideynlərini yenidən dəfn etmək üçün qısa müddətə Rusiyaya gəldiyi barədə məlumat yayıblar. Kuzminski qəbiristanlığının əməkdaşlarının sözlərinə görə, Primadonna qohumlarının qalıqlarını başqa yerə köçürüb.

Milli.Az


Etiketlər:  Alla Puqaçova Rusiyaya qayıtdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ