Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meyxanaçı Samirə göz yaşı tökdü: “Oğlumun..."

Meyxanaçı Samirə göz yaşı tökdü: “Oğlumun...

Tarix: 3 Noyabr 2023 13:55

"Bu, mənim də yaralı yerimdir. Mən də üç ay xəstəxananın qarşısında yatmışam. Çox mücadilə aparmışam. Hər şeyimi satmışam".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Samirə Yusifqızı "Yaxşıya doğru" verilişində deyib.

Meyxanaçı bu günə qədər də oğlunun borclarını ödədiyini bildirərək, ağlayaraq efiri tərk edib.

Aparıcı İlham Mirzəyevin təkidi ilə bir neçə dəqiqədən sonra studiyaya qayıdan S.Yusifqızı özünü toparlayaraq fikirlərini belə davam etdirib: "Gündə neçə dəfə soyuducunu açırsan, nəsə götürürsən, hər dəfə açanda da gözünün qabağında görürsən. Mən, ümumiyyətlə, onları xatırlamaq istəmirəm. Elə bilirəm yuxu görmüşəm. Elə bilirəm qorxulu bir yuxudur".

Samirə Yusifqızı həkimlərin ondan oğlunun alın sümüyünü soyuducuda saxlamağını istədiyini göz yaşları içərisində deyib: "2 ay yarım soyuducuda qaldı. Xüsusi məhlulun içərisində... Və iki ay yarım alınsız bir insanı fikirləşin, nə vəziyyətdə görsənir?! Mən qorxumdan üzünə baxmırdım, baxa bilmirdim. Onları yaşamışam".

Meyxanaçı oğlunun bu hala düşməsinin səbəbini də açıqlayıb: "Qəza olmuşdu. Dostları ilə zarafatlaşmışdılar, hovuzdan itələmişdilər ki, sən də tullan da çimməyə. O da ayağında başmaq olub deyə, tullanmaq istəyəndə arxası üstündə yıxılıb, başı hovuzun qırağına dəyib. Hamısı da kənara çəkildi, heç biri yaxın durmadı".

Milli.Az


Etiketlər:  Meyxanaçı Samirə göz yaşı tökdü Oğlumun


RƏYLƏR