Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alman generaldan şok müharibə proqnozu - “2032-ci ilə qədər...”

Alman generaldan şok müharibə proqnozu - “2032-ci ilə qədər...”

Tarix: 3 Noyabr 2023 21:00

Qərbin Ukraynanın müdafiə potensialına dəstəyi uzun illərin vəzifəsidir, ona görə də Almaniya artıq 2032-ci ilə qədər bu ehtiyaclar üçün öz xərclərini planlaşdırır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə xüsusi qərargahının rəisi, general-mayor Kristian Freydinq deyib.

General qeyd edib ki, Ukrayna Rusiyaya qarşı hazırkı müharibədə hərbi yolla qalib gəlməyə kifayət qədər qadirdir. Amma yekun sülh danışıqları olmalıdır ki, bunda çox şey hər iki tərəfin danışıqlar otağına hansı mövqelərlə girəcəyindən asılı olacaq.

Qərbin Ukraynaya dəstəyinə gəlincə, Freydinqin fikrincə, bu, köklü şəkildə dəyişib - ilk vaxtlar müvəqqəti yardım anlayışından danışılırdısa, indi uzunmüddətli planlaşdırmadan bəhs olunur.

"Bir şey məlumdur: Ukraynaya hərbi dəstək onilliyin sonuna və ondan sonrakı dövrə qədər bir vəzifədir. Bizim büdcə planlamamızda artıq 2032-ci ilə qədər vəsait nəzərdə tutulub, bu da bizim qətiyyətimizi göstərir. Mənim üçün azadlıq mübarizəsinin bitmə tarixi yoxdur", - alman general bildirib.

Freydinqin sözlərinə görə, Ukraynanın tərəfdaşları mümkün olan hər şeyi etməlidir ki, zaman Rusiya lideri Vladimir Putinin xeyrinə yox, onun əleyhinə işləsin.

Milli.Az


Etiketlər:  Alman generaldan şok müharibə proqnozu 2032 ci ilə qədər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ