Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hitleri öldürə bilərdi, amma etmədi - Dünya Müharibəsinə səbəb olan adam - FOTO

Hitleri öldürə bilərdi, amma etmədi - Dünya Müharibəsinə səbəb olan adam - FOTO

Tarix: 4 Noyabr 2023 20:02

Tarix boyu bir çox əlamətdar hadisələrin şahidi olmuşdur. Əslində baş verdiyi anda əhəmiyyəti dərk olunmayan bu hadisələr illər sonra daha geniş bir perspektiv nəticəsində ortaya çıxır. Birinci Dünya Müharibəsi zamanı yaralanan Adolf Hitlerin ingilis əsgəri tərəfindən xilas edilməsi də belə bir hadisədir.

Milli.Az sfera.az- a istinadən tarixdə Dünya Müharibəsinə səbəb olan Henri Tandey haqqında yazı təqdim edir.

Dünya müharibəsinin elan edilməsinə ən çox sevinənlərdən biri də Adolf Hitler idi. O dövrdə millətçi hisslər keçirən gənc Hitler Almaniyanın bu müharibə nəticəsində qalib gələcəyinə belə şübhə etmirdi. O, müharibənin elan olunmasına sevindiyi kimi, eyni sevinc və həvəslə bir əsgər kimi də cəbhəyə qaçmışdı. Amma hər şey onun istədiyi kimi getmədi, bir gün çox gərgin münaqişədə ağır yaralandı.

Adolf Hitler Fransada kəndlərdən birində münaqişə nəticəsində ayağından yaralanıb. Bu anda Henri Tandey bu yaralı və yorğun alman əsgəri ilə qarşılaşıb.

Henri silahını ona doğrultdu, ancaq düşməni olsa belə, yaralı və müdafiəsiz bir insanı öldürməyi düzgün hesab etmədi. O, Adolf Hitlerə güllə atmadı, həyatını xilas etdi. Amma Henri illər sonra o adamı öldürmədiyinə görə peşman olacağını hardan bilə bilərdi?

Bəs Henri Tandey kim idi?

O, 1891-ci ildə Liminqtonda keçmiş hərbçi ailəsində anadan olub. Tandey 1910-cu ildə orduya qatılıb, bir neçə ildən sonra Dünya Müharibəsində iştirak edir. Adolf Hitlerin həyatını xilas etməklə, əslində o, İkinci Dünya Müharibəsinə dolayısı ilə töhfə vermiş olub.

Henri Tandey Birinci Dünya Müharibəsi veteranı idi. O, ölkəsinə qayıdanda bir sıra medallar qazanmışdı. Liminqtona qayıdaraq, evlənib, lakin heç vaxt övladı olmayıb. 1977-ci ildə 86 yaşında dünyasını dəyişəndə ​​geridə 10 hərbi medalı və təəssüf, acı, kədər kimi çox qəribə duyğuları qaldı.

Henri Tandey istəmədən, dolayısı ilə İkinci Dünya Müharibəsinə səbəb olmuşdu. O, həmin günü və duyğuları aşağıdakı ifadələrlə təsvir edib:

"Mən yaralıya atəş açmaq istəmirdim. Onun sonradan necə bir insan olacağı haqqında zərrə qədər fikrim olsaydı, gözümü yummadan atəş açardım"

Milli.Az


Etiketlər:  Hitleri öldürə bilərdi amma etmədi Dünya Müharibəsinə səbəb olan adam FOTO


RƏYLƏR