Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbçilərə şad xəbər: Hər biri mənzil sahibi ola bilər

Hərbçilərə şad xəbər: Hər biri mənzil sahibi ola bilər

Tarix: 4 Noyabr 2023 21:08

Gələn il Azərbaycanda dövlət büdcəsindən kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 121,7 milyon manat ayrılması nəzərdə tutulur. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçulara mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 35 milyon manat məbləğində vəsaitin ayrılması planlaşdırılır.

Bəs bu qərar tam olaraq nələri dəyişəcək?

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli referans.az-a açıqlamasında bildirib ki, yeni qərar sayəsində hərbçilərin mənzil alması asanlaşdırılacaq:

"Əslində hələ qaydalarla bağlı doğru-dürüst bir mexanizm açıqlanmayıb. Amma başqa ölkələrin təcrübəsi və Azərbaycanda da əvvəllər bəzi təcrübələri öyrənərkən görürük ki, bu çox güman dövlət tərəfindən verilmiş mənzillər olacaq. Dövlətin özü tərəfindən mənzillə təmin olunacaqlar. Yəni vəsait ayırılması yox, mənzil ayırılması nəzərdə tutulub və çox güman ki, bu da hərbçilərimiz üçün çox gözəl bir xəbər olacaq".

İqtisadçı qeyd edib ki, əgər belə baş verərsə, çox güman ki, növbəlilik prinsipi olacaq. Onun sözlərinə görə, hərkəsin birdən mənzillə təmin olunması çətin bir prosesdir: "Ən azından hər il mənzillərin sayı artdıqca, kifayət qədər ciddi şəkildə bu problem öz həllini tapa bilər. Yəni hərbçilərimiz doğurdan 20 illik qulluqdan sonra bu işi görməlidir".


Etiketlər:  Hərbçilərə şad xəbər Hər biri mənzil sahibi bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ