Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2023 13:24
"Real Madrid" klubu Kilian Mbappeni transfer edə bilməsə, "Bayern" klubunun hücumçusu üçün hərəkətə keçəcək.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, "Kral klubu" Camal Musialanın transferinə çalışacaq. Bu barədə "ESPN" nəşri məlumat yayıb.
Qeyd edək ki, Mbappenin PSJ ilə sözləşməsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Madrid təmsilçisi ötən günlərdə bəyanat yayaraq, fransız forvardla klub arasında razılıq əldə olunması ilə bağlı iddiaları təkzib edib.