Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2023 17:20
2024-cü ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 mlrd manatdan çox vəsait proqnozlaşdırılır.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev bildirib ki, gələn il pensiayaların 11 faiz artacaq.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 2024-cü ildə icraası ilə bağlı hər hansı təhlükə və ya çətinlik olmayacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev isə qeyd edib ki, gələn il yaşa görə orta pensiyanın məbləği ilk dəfə olaraq 500 manatı keçəcək.