Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsult riskini 45 faiz artıran iş AÇIQLANDI

İnsult riskini 45 faiz artıran iş AÇIQLANDI

Tarix: 8 Noyabr 2023 05:51

50 yaşdan aşağı insanlar xüsusi risk altındadır.

Hakensak Universitetinin (ABŞ) alimlərinin apardığı bir araşdırma ilə on il və ya daha çox iş vaxtından artıq işləməyin insult ehtimalını 45 faiz artıra biləcəyini müəyyən edilib.
 
Sonxeber.net lent.az-a istinadən bildirir ki, insult hər yaşda baş verə bilər, lakin yüksək xolesterol, hipertoniya, diabet və piylənmə kimi müəyyən risk faktorlar riski artıra bilər.

Araşdırmaya görə, uzun saatlarla işləmək insult riskini 29 faiz, on il və daha çox iş vaxtından artıq işləmək isə insult riskini 45 faiz artırır. Uzun müddət işləmək xüsusilə 50 yaşdan aşağı insanlar üçün təhlükəlidir.

Alimlər izah edirlər ki, stress ürəyin daha çox işləməsinə, qan təzyiqinin artmasına səbəb olur. Bu da öz növbəsində beyində qanaxma və ya qan laxtasının əmələ gəlməsi riskini artırır ki, bu da beyin bölgəsində qan dövranının pisləşməsinə və sinir hüceyrələrinin ölümünə səbəb olur. 


Etiketlər:  İnsult riskini faiz artıran AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ