Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İran xalqı fələstinlilərdən daha çox fələstinli olmaqdan yorulub" - VİDEO

Tarix: 8 Noyabr 2023 13:28

"İran xalqı fələstinlilərdən çox fələstinli olmaqdan yorulub"

Milli.Az xəbər verir ki, bu fikirləri İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxışı zamanı səsləndirib. Onun nitqində həmçinin aşağıdakı nüanslar da yer alıb:

Siyasəti tənqid ediriksə, bizim həllimiz zalımla məzlumu dəyişmək olmamalıdır.

Çözüm, konstitusiyamızda deyildiyi kimi, İranın məzlumları müdafiə etməsidir, lakin biz məzlumların əvəzinə mübarizə aparmamalıyıq.

İnsanlar qəbul etməlidir ki, biz haqqı müdafiə etməliyik, lakin haqqı müdafiə etmək əsgər öldürmək demək deyil.

İndi Fələstin xalqının hüquqlarının ən yaxşı müdafiəsi İsrailin onları xarici qüvvələrin nökərləri və ya vəkilləri kimi təqdim etməsinin qarşısını almaqdır.

Əgər İran müharibəyə cəlb olunsa, Tehrandakı hakim elitanın heç birinə heç nə olmayacaq! Bombalar İran xalqının üzərinə düşəcək!

İndiyədək sanksiyalardan kimlər zərər görüb? Gündə milyonlarla dollar qazananlar, yoxsa kasıblar?!

Milli.Az


Etiketlər:  İran xalqı fələstinlilərdən daha çox fələstinli olmaqdan yorulub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ