Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2023 21:36
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkədə paylaşım edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, dövlət başçısı qeyd edib:
"Qardaş Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Qarabağın azadlığı uğrunda 44 gün qəhrəmancasına döyüşmüş qazilərimizi hörmətlə, şəhidlərimizi ehtiramla yad edirəm. Qarabağ Azərbaycan ərazisidir və, inşallah, qiyamətə qədər belə qalacaq".