Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daşqınlar səbəbindən yüzlərlə məktəb bağlanacaq

Daşqınlar səbəbindən yüzlərlə məktəb bağlanacaq

Tarix: 9 Noyabr 2023 23:18

Fransanın şimalında yerləşən Pa-de-Kale departamentinin 200 kommunasında daşqınlar səbəbindən məktəblər bağlanacaq.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin "X" hesabında bildirib.

Milli Meteorologiya Xidməti departamentdə ən yüksək "qırmızı təhlükə" səviyyəsi elan edib.

Qurum qeyri-sabit hava şəraiti ilə əlaqədar əhalini maksimum ehtiyatlı olmağa və bütün təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.

Məktəblər noyabrın 12-də günün sonuna qədər bağlı qalacaq, bundan sonra hava şəraitindən asılı olaraq məhdudiyyət uzadıla bilər.


Etiketlər:  Daşqınlar səbəbindən yüzlərlə məktəb bağlanacaq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ