Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2023 07:48
Ermənistan Baş naziri Nikol Paşinyan Fransa lideri Emmanuel Makronla görüşüb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Yelisey Sarayının yaydığı məlumatda deyilir.
Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə edilib.
Tərəflər Qranadada (İspaniya) qəbul edilmiş dördtərəfli bəyanatda Bakı-İrəvan münasibətlərinin tənzimlənməsinə dair müddəaların vacibliyinə toxunublar, mövcud məsələ ilə bağlı beynəlxalq birliyin yardımının əhəmiyyətini qeyd ediblər.
Bundan əlavə, Paşinyan Ermənistan-Fransa əməkdaşlığının bütün sahələrdə inkişafının vacibliyini bildirib. Tərəflər əməkdaşlığın dərinləşdirilməsi üçün ardıcıl fəaliyyəti təmin etməyə hazır olduqlarını bəyan ediblər.
Makron Fransanın Ermənistana gələcək inkişafında və mövcud problemlərin aradan qaldırılmasında yardımını əsirgəməyəcəyini bir daha vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan arvadı Anna Akopyanla birgə Fransada səfərdədir.