Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2023 11:42
Xəbər verdiyimiz kimi, Bakıdakı demoqrafik yüklənməyə görə, Şəhərsalma və Arkitektura Komitəsi yeni layihə üzərində çalışır.
Belə ki, komitədən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda çoxmərkəzlilik yaradılacaq və bu da Bakıdakı yüklənməni azaldacaq.
Maraqlıdır, sözügedən sənəd təsdiq olunduqdan sonra, şəhərdə sıxlıq azalacaqmı?
Sonxeber.net bildirir ki, millət vəkili Fazil Mustafa Bizim.Media-ya bildirib ki, şəhər əhalisi stimullaşdırılaraq regionlara geri qaytarılmalıdır:
"Əlbəttə ki, bu istiqamətdə layihələrin hazırlanmasından xəbərdarıq. Son zamanlarda Şəhərsalma və Arxitektura Komitəsi bu barədə xeyli işlər görür, qanunsuz tikililərin qarşısı alınır. Lakin təbii ki, bu məsələ daha geniş aspektdə müzakirə olunmalıdır. Gecəqondulaşma və insanların stimullaşdırılaraq şəhərdən regionlara geri qaytarılması üçün işlər görülməlidir.
Əgər bu baş verməsə, problemlər hələ də qalmağa davam edəcək. Bakıdakı yükün azaldılması məsələsi məhdudlaşdırıcı addımlarla yekunlaşmır, böyük bir dövlət proqramı gerçəkləşdirilməlidir.
Hesab edirəm ki, bu layihələri gördükdən sonra, digər mərkəzlərin hansı şəhərlərdə olması ilə bağlı fikir bildirmək olar. Mən daha çox paytaxtın köçürülməsi məsələsini önəmli sayıram. Eyni zamanda Bakıdakı yükün azaldılması üçün Sumqayıt faktorundan da istifadə etmək olar".