Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Krımda Rusiyanın iki desant kateri zərərsizləşdirildi

Krımda Rusiyanın iki desant kateri zərərsizləşdirildi

Tarix: 10 Noyabr 2023 18:54

Ukrayna ordusu Rusiyanın ilhaq etdiyi Krımın Çernomorsk qəsəbəsində 2 desant katerini zərərsizləşdirib.

Sonxeber.net report-a istinadən xəbər verir ki,bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş kəşfiyyat idarəsinin nümayəndəsi Andrey Yusov bildirib.

Onun sözlərinə görə, itkilərin sayı dəqiqləşdirilir.

Məhv edilən qayıq Rusiyanın yüksək sürətli desant gəmiləri seriyasındandır. Onlar təchiz olunmamış sahilə enmək və ya oradan ümumi çəkisi 45 tona qədər olan döyüş sursatı, təkərli və başqa hərbi texnikanı, habelə 30 düyün yüksək sürətli silahlarla (92 nəfərlik heyəti) qabaqcıl eniş bölmələrini çıxarmaq üçün nəzərdə tutulub. Sürəti 55 km/saatdan çox, uzunluğu 25,8 m, eni 5,8 m-dir.

Rusiya 1993-cü ildə "Serna" tipli qayıqlar istehsal etməyə başlayıb. Hazırda ölkə 16 belə qayığa malikdir.


Etiketlər:  Krımda Rusiyanın desant kateri zərərsizləşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ