Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2019 19:24
Bakı. Elnur Bağışov - Trend:
İran İsveçrənin Tehrandakı səfirliyində Birləşmiş Ştatların konsulluq xidmətləri şöbəsinin yaradılması ilə bağlı xəbəri təkzib edib.
Trend-in məlumatına görə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib ki, belə bir şöbə yaradılmayacaq.
Qeyd edək ki, xarici KİV-də yayılan məlumata görə, İran İsveçrənin Tehrandakı səfirliyində ABŞ-ın konsulluq xidmətləri şöbəsinin yaradılmasını istəyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin