Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aylardır axtarışda olan podratçını zəlzələ qurbanlarının yaxınları tapdı - VİDEO

Aylardır axtarışda olan podratçını zəlzələ qurbanlarının yaxınları tapdı - VİDEO

Tarix: 11 Noyabr 2023 14:12

Türkiyənin Hatay vilayətində baş verən güclü zəlzələdə 370 nəfərin həyatını itirdiyi Emlak Bank Konutları tikinti şirkətinin axtarışda olan podratçısı Mehmet Özatı təbii fəlakət nəticəsində həyatını itirənlərin yaxınları tutaraq polisə təhvil veriblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Onlar Mehmet Özatla Ankarada ticarət mərkəzində təsadüfən qarşılaşıblar. Özat qadınlar tərəfindən polisə təhvil verilib və dindirilib. İlkin ifadəsi alındıqdan sonra məhkəməyə göndərilib.

Qadınların onu tutduğu anın görüntülərini mobil telefon vasitəsilə çəkərək sosial şəbəkədə paylaşıblar.

M. Özatı tanıyan qadınlardan biri, zəlzələdə yaxınlarını itirən Sinem Boyacı jurnalistlərə açıqlamasında bildirib ki, onu ticarət mərkəzində qarşı tərəfdən gələrkən görüb: "Ona yaxınlaşıb saatı soruşdum. Yaxından görəndə Mehmet Özat olduğu qənaətinə gəldim. Ona "Mehmet Özatsan?" deyə soruşdum, əvvəlcə "mən" dedi, sonra inkar etdi. Kimliyini göstərməsini istədim və bundan sonra etiraf etdi. Ona dedim ki, polisə müraciət edəcəyəm. O, ailəmin 9 üzvünün ölümünə səbəb olub. Qaçmağa çalışdı, tutdum, sonra polisə təhvil verdim".

Qeyd edək ki, bu ilin fevralın 6-da mərkəzi Kahramanmaraşda baş verən zəlzələlərdə Antakyanın Cebrail məhəlləsindəki Emlak Bank Konutlarına məxsus 96 mənzildən ibarət 6 blok dağılıb.Təxminən 400 nəfərin yaşadığı ehtimal edilən bloklarda 370 şəxs həyatını itirib. Barəsində həbs qətimkan tədbiri seçilən binanın podratçısı Mehmet Özat isə 9 ay idi ki, axtarışda idi.

Milli.Az


Etiketlər:  Aylardır axtarışda olan podratçını zəlzələ qurbanlarının yaxınları tapdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ