Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2023 16:16
Xorvatiyanın müdafiə naziri Mario Banoziç şəxsi avtomobilində ağır qəza törədib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticədə digər avtomobilin sürücüsü həlak olub.
Həkimlərin sözlərinə görə, 44 yaşlı nazirin həyatı üçün təhlükə yoxdur:
"O, kəllə-beyin travması alıb, amma huşu yerindədir".
Hadisənin səbəbi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.