Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Öz işimizi çətinə saldıq'' - Elşad Əhmədov

''Öz işimizi çətinə saldıq'' - Elşad Əhmədov

Tarix: 5 May 2019 22:44

"Oyun çox sönük keçdi. Ola bilsin, bu arxayınlıqla əlaqədar idi. Öz işimizi çətinə saldıq. 6-cı yerdən qurtulmaq üçün son turda "Zirə"yə qalib gəlməliyik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov Azrəbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, komanda Premyer Liqadakı ilk mövsümündə yerini qoruma tapşırığını yerinə yetirdiyi üçün son oyunlara arxayın çıxıb.

T.Əhmədov növbəti mövsüm də "Sabah"ın baş məşqçi vəzifəsinə qalacağına dair rəhbərliklə ilkin danışığının olduğunu diqqətə çatdırıb. O, məsələnin mövsüm bitdikdən sonra həllini tapacağını söyləyib.

 Baş məşqçi daxili nizam-intizam qaydalarını pozduğu üçün mövsümün sonunadək klubdan kənarlaşdırılmış Təmkin Xəlilzadə barədə də qərarı rəhbərliyin verəcəyini vurğulayıb.

 


Etiketlər:  işimizi çətinə saldıq Elşad Əhmədov


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ