Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2023 22:30
"Bir dərdim var" serialı ilə ekranlara qayıdan aktrisa Birce Akalayın səhhətində problem yaranıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, soyuqlayan sənətçinin üzündə çıxan uçuq və sızanaqlar izləyicilərini qorxudub. Üzündəki yaralarını sosial şəbəkədə izləyiciləri ilə bölüşən məşhur çəkilişlərdə çətin günlər yaşadığını etiraf edib.
"Bu kadr çəkilişə start verdiyimizin ilk həftəsindəndir. Üzüm həyəcandan və stressdən bir az açan çiçəklərlə dolu. Amma həqiqətdir. Siz bir də çəkiliş heyətindən soruşun, nələr oldu, nələr! Nəysə... Sevgili dostlar, yayımdan sonra özümə ancaq gələ bildim. Bu həyəcanımla unutduğum dostlarım oldusa, lütfən məni bağışlayın. Bu günə qədər bir çox dəyərli layihədə iştirak etdim. Lakin ilk dəfə cümə axşamı yayımı izlədikdən sonra uzun müddət göz yaşlarımı saxlaya bilmədim. Təbii ki, "Bir dərdim var" serialının mənə niyə bu hissləri yaşatdığını çox yaxın dostlarım bilirlər. Həyatımda heç üzünü görmədiyim, heç tanımadığım və tanış ola bilməycəyim uşaqlara, gənclərə, insanlara toxuna bilmək, onlara bir az da olsa, dərdimizi danışa bilmək şansı qazandım. Bunun mənim üçün mənası əvəzsizdir", - Birce Akalay qeyd edib.