Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2023 00:20
Futbol üzrə Türkiyə Superliqasında XII tura yekun vurulub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, turun son matçında "Fənərbağça" səfərdə "Adana Demirspor"un qonağı olub.
Matçda hesab açılmayıb və tərəflər hərəyə bir xal qazanıblar.
Bu nəticə ilə xallarını 31-ə çatdıran "Fənərbağça" yenidən liderliyə yüksəlib. 22 xalı olan "Adana Demirspor" isə üçüncü pillədə qərarlaşıb.
Günün digər görüşlərində "Beşiktaş" "Başakşehir"i, "Rizespor" "İstanbulspor"u, "Pendikspor" isə "Samsunspor"u 1:0 hesabı ilə məğlub edib.