Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail - HƏMAS müharibəsi ilə bağlı ŞOK FAKTLAR - Hər gün...

İsrail - HƏMAS müharibəsi ilə bağlı ŞOK FAKTLAR - Hər gün...

Tarix: 13 Noyabr 2023 08:24

İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatları yəhudi dövlətinə gündəlik 260 milyon dollara başa gəlir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə məlumatı Bloomberg Agentliyi yayıb.

Agentlik bildirir ki, münaqişə İsrail üçün ilkin olaraq gözlənildiyindən də baha başa gəlir və dövlət büdcəsinə böyük yük yaradır. Belə ki, oktyabrda büdcə kəsiri ötən illə müqayisədə 7 dəfədən çox artıb.

Qeyd edək ki, ötən həftə İsrailin "Calcalist" iqtisadi qəzeti İsrail Maliyyə Nazirliyinin ilkin məlumatlarına istinadən yazmışdı ki, Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları 2024-cü ilin sonuna qədər tamamlanarsa, ən optimist hesablamalara görə, bu, 200 milyard şekelə (təxminən 51 milyard dollar) başa gələcək. Qəzetin yazdığına görə, Livan Hizbullah hərəkatının, İranın və ya Yəmənin tam iştirakı olmadan hərbi əməliyyatların daha 8-12 ay davam etməsi və Qəzza zolağı ilə məhdudlaşması, səfərbər olunan 350 min nəfərin öz iş yerinə dönməsi şərti ilə bu cür xərclər İsrailin illik ÜDM-nin təxminən 10 faizini təşkil edəcək. Nəşr bildirir ki, Maliyyə Nazirliyi bu qiymətləndirməni nikbin kimi xarakterizə edir. "Calcalist" xatırladır ki, İsraildə dövlətin pandemiya ilə bağlı xərcləri təxminən 160 milyard şekel təşkil edib.

Milli.Az


Etiketlər:  İsrail HƏMAS müharibəsi ilə bağlı ŞOK FAKTLAR Hər gün


RƏYLƏR