Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2023 13:06
Böyük Britaniyanın daxili işlər naziri Suella Breyverman vəzifəsindən azad olunub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Baş nazir Rişi Sunak Suella Breyvermana onun hökumətdən getməsini istədiyini bildirib. Ona başqa vəzifə təklif olunmayıb.
Xatırladaq ki, daxili işlər naziri polis və Fələstinə dəstəklə bağlı yürüşlər haqqında söylədiyi şərhlərdən sonra tənqid olunub. Böyük Britaniya müxalifəti onu "nifrət nitqi yaymaqda" ittiham edib . Suella Breyverman Fələstinə dəstək nümayişlərini "nifrət yürüşləri" adlandırıb və polisi etirazları idarə edərkən "ikili standartlarda" ittiham edib.