Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“TIR”larla gəlin gətirməyə gedənlər saxlanıldı - VİDEO - FOTO

“TIR”larla gəlin gətirməyə gedənlər saxlanıldı - VİDEO - FOTO

Tarix: 13 Noyabr 2023 15:38

Lənkəranda "TIR"larla toy karvanı təşkil edən sürücülər saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Narbağı kəndində keçirilən toy məclislərindən birində bəyin atası və tanışlarının idarə etdikləri "TIR"larla toy karvanı təşkil etmələrinin görüntüləri sosail şəbəkələrdə yayılıb.

Onların yük avtomobilləri ilə Lənkəran - Lerik yolunda digər nəqliyyat vasitələri üçün təhlükəli manevrlər etmələri, yolda hərəkəti çətinləşdirdikləri bildirilib. Həmin nəqliyyat vasitələri yol polisi tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.

Məsələ ilə bağlı sorğumuza cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən dərhal həmin toy karvanında olan sözügedən nəqliyyat vasitələri və sürücülər müəyyən edilib: "Həmin nəqliyyat vasitələrinin sürücüləri Lənkəran ŞRPŞ-yə dəvət edilib və hər biri barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülüb".

Milli.Az


Etiketlər:  TIRlarla gəlin gətirməyə gedənlər saxlanıldı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ