Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnstrumental muğam ifaçılıq sənətimiz Çində təbliğ olunub - FOTO

İnstrumental muğam ifaçılıq sənətimiz Çində təbliğ olunub - FOTO

Tarix: 13 Noyabr 2023 16:18

Əməkdar artistlər tarzən Sahib Paşazadə və nağara ifaçısı Kamran Kərimov Çində təşkil edilən ənənəvi İpək Yolu Beynəlxalq Musiqi Festivalında iştirak ediblər.

Qeyd edək ki, festivalın  bədii rəhbəri, Çin bəstəkarı və dirijoru Liu Shun musiqiçilərimizi 2017-ci ildə Səmərqənddə keçirilən "Şərq təranələri" festivalında qazandıqları Qran Pri mükafatından  sonra dərhal bu festivalda iştiraka dəvət etmişdi.

Çinin  qədim Sian şəhərində keçirilən festival ümumilikdə böyük bir bayramdır. IX İpək Yolu Beynəlxalq Musiqi Festivalında dünyanın 15-dən çox ölkəsindən musiqiçilər iştirak edib. Rusiya, Makedoniya, Fransa, Serbiya, ABŞ, Monqolustan, Xorvatiya, Albaniya, Gürcüstan və s ölkələrin musiqi kollektivlərinin qatıldığı tədbirdə Azərbaycan instrumental ifaçılıq məktəbi, tar və nağaranın möhtəşəm dueti festivala qatılan tamaşaçı və iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Musiqiçilərimiz artıq ikinci dəfədir ki,  Azərbaycan muğam sənətinin instrumental ifaçılıq ənənələrini festivalda layincə təmsil edirər. Onların Sian Milli İncəsənət Mərkəzi, Sian Milli Teatrında çıxışları festivalda yaddaqlan anlar yaşadıb. Festivalın açılışı oktyabrın 15-də baş tutub. Açılış  günü minlərlə tamaşaçının qatıldığı tədbirdə  qırmızı xalının üzərindən ilk olaraq Azərbaycanlı sənətçilər bayrağımızla keçərək xüsusi lövhəyə öz imzalarını atıblar. Hər bir ölkə üçün xüsusi hazırlanmış stendin bəzədilməsində isə sənətçilərimizə Milli Xalça Muzeyi dəstək göstərib. 1 ay müddətində davam edəcək festivalda dünyanın müxtəlif ölkələrinin musiqiçiləri iştirak edəcək.  Festivalda Çinli musiqisevərlər Azərbaycan musiqisini hərarətlə qarşılayıblar.Təmsilçilərimiz  parlaq çıxışları ilə dünyanın bir neçə festivalında  çıxış etmək üçün dəvət olunublar.

Qeyd edək ki, İpək Yolu musiqi festivalının  Çinin qədim Sian şəhərində keçirilməsi heç də təsadüfi deyil. Çünki, qədim İpək yolu öz başlanğıcını məhz bu şəhərdən götürmüşdür.  Festivalın keçirilməsində məqsəd mədəniyyətlərin mübadiləsi, sülh və dostluğun təbliğidir. Ölkəmiz bu musiqi bayramında ilk dəfə 2017-ci ildə  təmsil olunub.

Milli.Az


Etiketlər:  İnstrumental muğam ifaçılıq sənətimiz Çində təbliğ olunub FOTO


RƏYLƏR