Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hökumətin istefa verdiyini açıqladı

Hökumətin istefa verdiyini açıqladı

Tarix: 13 Noyabr 2023 18:48

Polşanın Baş naziri Mateuş Moravetski hökumətini istefaya göndərdiyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçi bunu yeni çağırış Seymin (Polşa parlamentinin aşağı palatası) ilk iclası zamanı bildirib:

"Parlamentin qaydalarına uyğun olaraq istefa vermək niyyətindəyəm".

Noyabrın 13-ü axşam saatlarında Moravetskiyə yeni nazirlər kabinetini formalaşdırmaq səlahiyyəti veriləcək və bu, adətən iki həftə çəkir.

Qeyd edək ki, bundan əvvəl Polşa Prezidenti Anjey Duda seçkilərdə ən çox səs toplayan fraksiya təmsilçisi kimi hökuməti qurmaq üçün ilk şansı Moravetskiyə etibar edəcəyini bildirmişdi.

Milli.Az


Etiketlər:  Hökumətin istefa verdiyini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ