Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Havada dəm qazı normadan artıqdır

Havada dəm qazı normadan artıqdır

Tarix: 13 Noyabr 2023 20:10

Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm və kükürd qazları normadan yüksək olub.

Milli.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.4, kükürd qazı 1.1, Sumqayıt şəhərində azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazı, kükürd qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

Milli.Az


Etiketlər:  Havada dəm qazı normadan artıqdır


RƏYLƏR