Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lənkəranda kilosu 400 manata yerli çay satılır - VİDEO

Lənkəranda kilosu 400 manata yerli çay satılır - VİDEO

Tarix: 14 Noyabr 2023 18:14

Bazarlarda bir kiloqramının qiyməti 8 manatdan 440 manata qədər olan çay sortları var.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Lənkəranda çay bazarında müxtəlif çay sortları satılır.

Plantasiyalardan dərilib qurudulmuş halda satışa çıxarılan bu çayların dadı və ətri də fərqlidir. Görünüşü göz oxşayan məhsulların qiyməti 8-10 manatdan başlayır. Bazarda kiloqramı 20, 30 və daha baha satılan çay növləri də var.

Ancaq Lənkəranda heç də bütün çaylar bu qiymətlərə satılmır. Məsələn, kiloqramı 200 manata, hətta 400 manatdan yuxarı satılan çaylar da var.

Ölkənin dörd bir tərəfindən gəlib buradan çay alanları da görmək olar. Lənkəran çayını ətirli və dadlı edən həm də onun gec dəm almasıdır.

Lənkəran bazarına Astara rayonundan da məhsul gətirilir.

Qeyd edək ki, Lənkəranda 568, Astarada isə 345 hektardan artıq çay sahəsi var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Lənkəranda kilosu 400 manata yerli çay satılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ