Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2023 05:02
Allah Elçisi salləllahu aleyhi və səlləm buyurmuşdur: "Üç şey xoşbəxtliyin, üç şey isə bədbəxtliyin əlamətləridir. Xoşbəxtliyin (birinci əlaməti odur ki,) həyat yoldaşın əməlisaleh qadın olsun, onu görərkən halın daha xoş olsun. Ondan ayrı düşdükdə isə həm ondan, həm də əmlakından arxayın ola biləsən.
(İkinci əlamət odur ki,) səni dostlarına çatdıra biləcək yüngül miniyin olmasıdır. Üçüncü əlamət isə; geniş və çox xidmətli mənzilə sahib olmaqdır.
Bədbəxtliyin əlamətlərinə gəldikdə onlardan birincisi odur ki, həyat yoldaşınla üz-üzə gəlməyin halının pisləşməsinə səbəb olsun, onun dilindən daim əziyyət çəkmiş olasan və ondan ayrıldığın zaman nə onun özündən, nə də öz əmlakından arxayın ola biləsən. İkinci əlamət; ağır tərpənən miniyin olmasıdır ki, onu vurduğun zaman səni yorar, buraxdığın zaman səni dostlarına yetişdirməz. Üçüncü əlamət isə; az xidmətli mənzilə sahib olmaqdır". (əl-Hakim, 2684).