Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2023 09:20
UEFA Avropa Liqasının H qrupunda "Qarabağ"ın rəqiblərindən olan "Bayer Leverkuzen"in yarımmüdafiəçisi Qranit Caka Almaniya Bundesliqasının 11-ci turunda "Unian Berlin" üzərində qazandıqları qələbəni (4:0) dəyərləndirib.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, "Kicker" onun dediklərini belə çatdırıb:
"Oyuna nəzarət edən tərəf biz idik. Rəqibin pressinq etməsini əngəlləməyi bacardıq və topu özümüzdə saxlayaraq işimizi asanlaşdırdıq. Bu, layiqli qələbə idi.
Topsuz da kompakt görünürdük. Az top buraxırıq ki, bu da özlüyündə müsbət haldır. Hücum planında hər hansı problemimiz yoxdur. Bu yöndə nəyə qadir olduğumuzu hər həftəsonu ortaya qoyuruq. Ancaq etiraf edək ki, müdafiədə topla rəftar baxımından bir qədər zəifik və bunun üzərində işləməliyik".
11 tura 31 xal toplayan "Bayer Leverkuzen" Almaniya Bundesliqasının turnir cədvəlində 1-ci pillədə qərarlaşıb. İkinci sırada 29 xala malik "Bayern Münhen" mövqe tutub.
Leverkuzen təmsilçisi AL-in qrupunda "Qarabağ"a qarşı keçirdiyi hər iki oyunu qələbə ilə başa vurub. Almaniyadakı görüşdə 5:1 hesablı zəfərə sevinən Xabi Alonsonun komandası Bakıda 3 xalı tək qolla qazanıb.