Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, Azərbaycan televiziyasında bir ilkdir''

''Bu, Azərbaycan televiziyasında bir ilkdir''

Tarix: 15 Noyabr 2023 13:30

Əməkdar artist Dilarə Əliyevanın aparıcısı olduğu "Söhbət var" proqramında rejissor Nail Naiboğlu üçün yaradıcılıq gecəsi keçirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, rejissorun özünün də yer aldığı verilişdə Xalq artisti Flora Kərimova, Əməkdar artist Firuzə İbadova, Fərqanə Qasımova, müğənni Dilarə Kazımova da yer alıb. D.Əliyeva bildirib ki, Azərbaycanda ilk dəfə televiziyada rejissora yaradıcılıq gecəsi keçirilir.

Nail yaradıcılığından, çəkdiyi kliplərdən bəhs edərkən bunları deyib:

"Şanslı rejissoram ki, 2 böyük sənətkarla - Flora Kərimova və mərhum İlhamə Quliyeva ilə işləmişəm, onlar üçün klip çəkmişəm".

D.Əliyeva "Nail müğənnilərə klip çəkməklə həm də onlara motivasiya verir. Nail elə özü də "klip" kimi ömur yaşayır" deyə, əlavə edib.

Milli.Az


Etiketlər:  Azərbaycan televiziyasında ilkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ