Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu mərkəz ləğv edildi

Bu mərkəz ləğv edildi

Tarix: 16 Noyabr 2023 16:27

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Fərmanın 1-ci hissəsinin icrası ilə əlaqədar üç ay müddətində:

2.1.1. normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı və digər məsələlərin həlli ilə bağlı tədbirlər görülməsini təmin etsin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görülməsini təmin etsin.

4. "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 690; 2019, № 5, maddə 817; 2020, № 5, maddə 545; 2022, № 8, maddə 866) 2-ci, 4-cü və 5-ci hissələri ləğv edilsin.


Etiketlər:  mərkəz ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ