Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hazırlıq başladı - “Müharibə uzanacaq”

Hazırlıq başladı - “Müharibə uzanacaq”

Tarix: 17 Noyabr 2023 22:00

Rusiya ilə müharibə ABŞ, Avropa Birliyi və Ukraynanın iqtisadi və müdafiə potensialının birləşdirilməsini tələb edən uzunmüddətli savaşa çevrilir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Sergey Zqurets deyib.

"Elə bir mərhələdəyik ki, ekspertlər və siyasətçilər Rusiyanın bizə qarşı apardığı müharibənin gedişatını yenidən düşünməyə çalışırlar. Əvvəllər əsas hesab edilən bir çox amillər artıq işləmir. Əvvəlki döyüş əməliyyatlarında uğurlu irəliləyiş üçün ilkin şərt olan qüvvələrin ayrıca istiqamət üzrə toplanmasının indi işlək mexanizm olmadığını görürük. Çünki qoşunların toplanması düşmənin artilleriya zərbəsinə səbəb olur. Düşmən də, biz də belə işləyirik", - ekspert bildirib.

O qeyd edib ki, hərbi əməliyyatların aparılması ilə bağlı yanaşmalar dəyişdirilməlidir:

"Taktiki, strateji və əməliyyat səviyyələrində döyüş əməliyyatlarının aparılmasına yanaşmalar yenidən nəzərdən keçirilir. ABŞ, Avropa Birliyi və Ukraynanın iqtisadi və müdafiə potensialının birləşdirilməsini tələb edən uzunmüddətli müharibə formatına keçirik".

Milli.Az


Etiketlər:  Hazırlıq başladı Müharibə uzanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ