Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2023 07:39
Əgər bir insan 4 mərtəbələr arası pilləkənləri tez, 1 dəqiqəyə çıxa bilirsə, deməli, onun ürəyi sağlamdır.
Sonxeber.net xəbər verir ki, ispan alimləri yeni tədqiqatlarında ürəyi yoxlamağın sadə metodunu təqdim ediblər.
Ürəyin işini tez və pulsuz yoxlamaq üçün pilləkənlərlə test ediblər.
Bu təcrübə hansı pasiyentlərə ürəyin işemik xəstəliyindən şübhələnmək və əlavə müayinələrə vaxtında getmək imkanı verir.
"Burda söhbət bir pilləkəndən yox, bir neçə pilləkənin əhatə olunduğu mərtəbələr arası pilləkəndən gedir.
Əgər siz bu 4 pilləkəni 1 dəqiqədən artıq müddətə və təngnəfəs olaraq, yorularaq çıxırsızsa, sizin ürək sağlamlığınızı çox yaxşı və sağlam hesab etmək olmaz.
Mütləq kardioloqa getməlisiz.
Ürəyin işemik xəstəliyi koronar damarların daralması və tutulması səbəbindən ürək əzələsinin qanla zəif təvhiz olunması deməkdir. /medicina.az