Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2023 09:04
İspaniyanın vergi orqanı "Barselona"nın keçmiş müdafiəçisi Dani Alvesə 3,2 milyon avro qaytarmaq məcburiyyətində qalacaq.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, İspaniyanın Ali Məhkəməsi futbolçunun vergi fırıldaqçılığı ilə bağlı şikayətini təmin edib.
Yanvar ayından bəri Barselonada həbsxanada olan və cinsi təcavüz ittihamı ilə məhkəməni gözləyən 40 yaşlı Alves Madrid inzibati məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayəti verib. Futbolçu 2009/2010 və 2010/2011-ci illər mövsümündə "Barselona"nın oyunçusu kimi qonorar gəlirləri ilə bağlı İspaniya vergi orqanlarına düzgün bəyannamə verdiyində israr edib.
İspaniya Xəzinədarlığı Alveşi 2014-cü ildə onun imic hüquqlarından əldə etdiyi gəlirlərin transferində qanun pozuntularına görə ittiham etmişdi. Bildirilirdi ki, futbolçu saxtakarlıq edərək daha az vergi ödəyib.
2008-ci ildə Alveş imic hüquqlarını 1,6 milyon avroya "Cedro Sports"a köçürüb. Həmin il o, kataloniyalılarla müqavilə imzalayıb.
"Cedro Sports"un sahibi Alvesin keçmiş həyat yoldaşı və agenti Dinora Santana da Silva idi. Bu şirkət vasitəsilə Kataloniya klubu Alvesə maaşının bir hissəsini ödəyib.
İspaniya Vergi İdarəsi iddia edib ki, bu imic hüquqlarının istifadəsindən əldə edilən mənfəət korporativ vergi qanunlarına əsasən kapital qazancı kimi hesablanmalıdır. Bununla belə, Alveşin vəkilləri onun maaşının qanunauyğun ödənildiyini sübut edə biliblər.