Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gizli düşmən - Xərçəng yaradan əsas səbəb

Gizli düşmən - Xərçəng yaradan əsas səbəb

Tarix: 18 Noyabr 2023 22:21

Həkimlər müxtəlif xərçəng növlərinin inkişafından qorunmağa kömək etmək üçün bəzi tövsiyələr verib. Əsas odur ki, fiziki fəaliyyəti həyatınıza daxil edin. Hətta səhər məşqləri və gəzinti sizi ciddi sağlamlıq problemlərindən qoruya bilər.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, gündəlik fiziki fəaliyyət, həkimlərin qeyd etdiyi kimi, təkcə ümumi sağlamlığı yaxşılaşdırmır və ömrü uzatmır, həm də döş, yoğun bağırsaq, sidik kisəsi, yemək borusu, böyrək, ağciyər və mədə xərçəngi də daxil olmaqla səkkiz növ xərçəngin inkişaf ehtimalını azaldır.

Tədqiqatlar təsdiqləyir ki, gündə 1000 addım yerimək hər hansı səbəbdən ölüm riskini 15%, gündə 500 addım isə ürək-damar xəstəliklərindən ölüm riskini 7% azaldır.

Qeyd edilir ki, gündəlik gəzinti həm də psixi sağlamlığa faydalı təsir göstərir. Stress, narahatlıq və yorğunluğu azaldır, özünü qavrayış, əhval-ruhiyyə və yuxu keyfiyyətini yaxşılaşdırır. Bu vərdiş demans riskini, depressiya əlamətlərini də azaldır, sağlam çəkini sabit saxlayır və diabet riskini aşağı salır.

Maksimum fayda əldə etmək üçün gündə 10.000 addım atmaq tövsiyə olunur ki, bu da qaydalara əsasən həftədə təxminən 150 dəqiqə orta aktivliyə bərabərdir.

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, xərçəng dünyada əsas ölüm səbəblərindən biri olaraq qalır. Bundan əlavə, xərçəng riskini azaltmağa kömək edən digər amillər arasında siqareti buraxmaq, orta dərəcədə spirtli içki qəbul etmək, sağlam çəkini saxlamaq, aktiv qalmaq, meyvə və tərəvəzlərlə zəngin pəhriz yemək daxildir.


Etiketlər:  Gizli düşmən Xərçəng yaradan əsas səbəb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ