Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elgiz İlhamə Quliyeva ilə bağlı sirri açdı - İlk dəfədir deyirəm...

Elgiz İlhamə Quliyeva ilə bağlı sirri açdı - İlk dəfədir deyirəm...

Tarix: 18 Noyabr 2023 23:20

Aparıcı Elgiz Əkbər mərhum Xalq artisti İlhamə Quliyevanın Əməkdar artist Gülbahar Şükürlüyə qarşı etdiyi xoşagəlməz hərəkətindən söz açıb. 

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu haqda isə Elgiz aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb. 

Aparıcı bildirib ki, 16 il əvvəl İ.Quliyeva sağlığında qarmon ustadını efirə dəvət etməyi ondan xahiş edib. Bu istəyini reallaşdırdıqda müğənni ona zəng edərək, Gülbaharı verilişdən çıxartmasını tələb edib: 

"Sizə 16 ilin hadisəsini danışıram. Əvvəllər Gülbahar Şükürlü ilə heç bir əlaqəm yox idi. Heç onu görməmişdim. Bəlkə də Gülbahar xanım məni televiziyada görmüşdü elə mən də onu efirdə görmüşdüm. İlhamə Quliyeva mənə zəng edib söylədi ki, "Elgiz səndən xahiş edirəm gələn həftə efirinə Gülbahar Şükürlünü çağır. Gülbahar gözəl qarmon ustadı və sənətkardır". Cavab verdim ki, sevə-sevə onu verilişimə dəvət edərəm.  

Növbəti verilişdə Gülbahar xanımı dəvət elədim. Birinci reklam bloku gedəndən sonra İlhamə Quliyeva zəng edib prodüserimizə. O da qaça-qaça gəlib mənə deyir ki, "bəs İlhamə xanım sizinlə təcili danışmaq istəyir".

Mən elə düşünürdüm ki, İlhamə xanım mənə Gülbahar Şükürlünü verilişə dəvət etdiyim üçün təşəkkür etməyə zəng vurub. Yüksək səslə mənə söylədi ki, "Təcili olaraq Gülbahar Şükürlünü çıxart efirdən". Sual verdim ki, Niyə? İlhamə xanım cavabında "O, ona layiq deyil".

Söylədim ki, siz məni əlinizdə oyuncaq eləyirsiniz, gah deyirsiniz efirə çağır, gah da çıxart. Dedim ki, tutalım Gülbahar xanımı verilişdən çıxartdım, qarmonu mən çalacağam? Mən qarmon çalmağı bacarmıram. Bəs Gülbahar xanımın yerinə bu qarmonu kim çalacaq?"

Milli.Az


Etiketlər:  Elgiz İlhamə Quliyeva ilə bağlı sirri açdı İlk dəfədir deyirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ