Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün Belçika - Azərbaycan matçı var

Bu gün Belçika - Azərbaycan matçı var

Tarix: 19 Noyabr 2023 11:12

Bu gün Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində son oyuna çıxacaq.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Canni De Byazinin komandası 10-cu turda səfərdə Belçika ilə qarşılaşacaq.

Brüsseldəki "Kinq Baudouin" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Belçika artıq Avro-2024-ün seçmə mərhələsinə vəsiqəni təmin edib. Komanda F qrupunda 17 xalla 2-cidir. Azərbaycan yığması isə 7 xalla 4-cü sıradadır.

Avro-2024, seçmə mərhələ, 10-cu tur

19 noyabr

21:00 Belçika - Azərbaycan

Baş hakim: Georg Boqar (Macarıstan)


Etiketlər:  gün Belçika Azərbaycan matçı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ