Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fırtına gəmini ortadan böldü

Fırtına gəmini ortadan böldü

Tarix: 19 Noyabr 2023 16:52

Türkiyənin Qara dəniz sahilində yerləşən Ereğli limanı yaxınlığında Panama bayrağı altında üzən yük gəmisi sahilə çırpılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Sözcü" telekanalı məlumat yayıb.

Məlumata görə, qasırğa gəmini iki hissəyə bölüb, 13 ekipaj üzvü sahilə təxliyə edilib, xəsarət alan olmayıb.

Daha bir insident Türkiyənin "Kafkametler" yük daşıyıcısı ilə Ereğli limanı yaxınlığında baş verib. Türkiyə Nəqliyyat Nazirliyinin Dəniz İşləri Departamentinin məlumatına görə, limana yaxınlaşarkən kapitan gəminin hərbi dalğaqırana doğru sürükləndiyi barədə siqnal verib. Gəmi ilə vizual əlaqə hələ qurulmayıb, əlverişsiz hava şəraiti səbəbindən axtarış-xilasetmə işləri hazırda mümkün deyil. Departamentdən verilən məlumata görə, Krasnodar diyarının Temryuk limanından Türkiyənin Aliağa limanına gedən yük gəmisinin göyərtəsində 12 dənizçi var.

Milli.Az


Etiketlər:  Fırtına gəmini ortadan böldü


RƏYLƏR