Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ben Afflekin uşaqlarına qarşı bu hərəkəti ona "baha başa gəldi" - FOTO

Ben Afflekin uşaqlarına qarşı bu hərəkəti ona

Tarix: 19 Noyabr 2023 18:15

Hollivud aktyoru Ben Afflekin davranışı görənləri həm məyus həm də qəzəbləndirib. 

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, buna səbəb ötən gün Afflekin həyat yoldaşı dünya pop səhnəsinin ulduzu Cennifer Lopez və birinci evliliyindən olan 11 yaşlı oğlu Samuel və 14 yaşlı qızı Serafinanın oturduqları gümüşü "Rolls-Royce Ghost" markalı avtomobilinin salonunda bir neçə ədəd siqarət çəkməsi olub.  

Bu görüntülər isə anbaan paparassilər tərəfindən lentə alınıb.  

Görüntülərə əsasən, hətta uşaqlarının avtomibildə olması Benin tütündən bir neçə dəfə istifadə etməsinə mane olmayıb. 

Bu fakt xüsusilə sosial şəbəkə əhli tərəfindən xoş qarşılanmayıb. Onlar "Maşında uşaqlarla siqaret çəkmək? Bu qanundan kənardır!", "Uşağınızı siqaret tüstüsünə məruz qoymaq, iyrəncdir", "Sən necə atasan, uşaqlarının səhhətini tütün istəyinə qurban verirsən", "Sadəcə olaraq yazıq, eqoist birisidir" sözlərini yazaraq, Affleki sərt şəkildə tənqid ediblər.  

Lakin bəzi izləyicilər fotonun arxa oturacaqda heç kimin olmadığı bir vaxtda çəkildiyini irəli sürüblər. 

Həmin fotoları təqdim edirik: 

Milli.Az


Etiketlər:  Ben Afflekin uşaqlarına qarşı bu hərəkəti ona baha başa gəldi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ